terrorçu - is. fərdi terror
tərəfdarı və iştirakçısı.
tezis - is. müəyyən elmi
məlumatların formalaşdırılmış lakonik ifadəsi.
təbəə - is. bir dövlətə tabe olan,
onun vətəndaşı olan əhali, adam.
təcəssüm - is. bir şeyin maddi
təzahürü, ifadəsi.
təxəyyül -is. bir adamı və ya bir şeyi zehnində, xəyalında
təsəvvürə gətirmə, canlandırma, xəyal.
təkəbbürlü - sif. iddialı, lovğa.
təkhakimiyyətlilik - is.
hakimiyyətin bir adamın əlində toplanması.
təlqin - is. hər hansı bir fikri,
əqidəni, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsir etmə, beyninə yeritmə.
təmənnasız - sif. özü üçün bir
məqsəd, fayda, mənfəət güdməyən.
təsbit - is. əvvəl deyilmiş bir
fikrin, sözün düzgünlüyünü təsdiq etmə, qəbul etmə.
təsis - is. əsasını, binasını,
təməlini qoyma; qurma, yaratma.
təvazökarlıq - is.
şöhrətpərəstlikdən, lovğalıqdan uzaq olma; sadəlik.
tifil - is. aciz, yazıq, zavallı
(əsasən, uşaq haqqında).
totem - is. bəzi xalqlarda tayfanın
əcdadı və himayəçisi sayılıb sitayiş edilən heyvan (bəzən isə bitki və s.).
törə - is. qədim türklərdə adət,
ənənə, qanun.
tribun - is. Qədim Romada müxtəlif
vəzifəli şəxslərin adı.
truppa - is. teatr, sirk artistləri
dəstəsi.
ulus - is. el, oba, yurd, kənd.
üsuli-idarə - is. bir ölkənin idarə
üsulu, dövlət quruluşu, rejim.
vali - is. vilayət hakimi, bir
vilayəti idarə edən vəzifəli şəxs.
vandalizm - is. mədəni və maddi
sərvətlərin, mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi.
veto - is. qadağan etmə, ləğv etmə.
vitse... -mürəkkəb sözlərin əvvəlində:
müavin, köməkçi mənasında olan hissəcik.
yekdil - sif. fikri, hissi, rəyi
bir olan; həmrəy.
zər - is. qızıl.