nisyə -
is. bir şeyin nağd pul
olmadan alınması və ya satılması.
nokaut
- is. boksçunun aldığı zərbə nəticəsində huşunu itirməsi.
orbit
- is. göy cisminin hərəkət etdiyi yol // Süni peyklərin, kosmik
gəmilərin
hərəkət etdiyi yol.
ovqat - is. əhvali-ruhiyyə,
kef, əhval.
Paleolit - is. Daş əsrinin ən
qədim
dövrü.
paleontologiya - is. nəsli
kəsilmiş ən
qədim heyvan və bitkilərin tədqiqi ilə məşğul olan elm.
paleontoloq - is.
paleontologiya
mütəxəssisi.
papirus - is. tropik qamış
bitkisi; həmin
bitkinin qədim misirlilərin və başqa qədim xalqların kağız kimi istifadə etdikləri yarpağı.
parik - is. parçaya tikilmiş
süni taxma
saç.
pasiyent - is. həkimin yanına
müalicəyə
gəlmiş xəstə.
pasport - is. sahibinin
şəxsiyyətini və
vətəndaşlığını təsdiq edən sənəd.
passat - is. tropiklə ekvator
arasındakı
sahələrdə əsən şimal-şərq küləyi; quru külək.
pauza - is. danışıq zamanı
müvəqqəti
dayanma, fasilə, ara vermə.
perqament - is. kağız icad
olunana qədər
üstündə yazı yazmaq üçün istifadə olunan heyvan dərisi.
perpendikulyar - sif. başqa
bir düz xətt
və ya müstəvi ilə düz bucaq təşkil edən düz xətt.
peşəkar - is. bir işi,
məşğuliyyəti özünə
peşə seçmiş adam.
peşkəş - is. hədiyyə, bəxşiş.
premyera - is. pyes, opera,
balet və
s.-nin ilk tamaşası.
prinsip - is. hər hansı bir
işdə rəhbər
ideya, əsas istiqamət, gözlənilməli olan şərt.
problem - is. həll olunması
çətin, lakin
mümkün, həm də vacib olan məsələ.
reaksiya - is. hər hansı bir
fikrə və ya
hərəkətə münasibət, əks-təsir.