misl
- is. bənzər, oxşar, tay.
missiya
- is. vəzifə, borc.
molbert
- is. rəssamın işləməsi üçün üzünə kətan çəkilmiş çərçivəni saxlayan
dayaq;
rəssam dəzgahı.
monarxiya
- is. dövlətin başında bir
nəfərin - padşahın durduğu idarə üsulu, habelə bu üsulla idarə olunan dövlət.
mozaika -
is. sement və ya mastika
təbəqəsi üzərinə yapışdırılmış əlvan şüşə, mərmər, mina, daş və s. parçalardan düzəldilmiş şəkil və
ya
naxış.
mötəbər - sif. hörmətli, xatiri
sayılan, sözü keçən, tanınmış, nüfuzlu.
mumiya - is. balzamlanma
vasitəsilə
çürüməkdən qorunmuş insan cəsədi.
mumiyalamaq - f. çürüməmək üçün
mumiya çəkmək.
müdam - zərf. daim, həmişə,
fasiləsiz,
aramsız.
müəmmalı - sif. aydın olmayan,
başa
düşülməyən, sirli.
münəccim - is. ulduzlara görə
gələcəkdən xəbər verən şəxs, astroloq.
müstəmləkə - is. zorla tutulub
istismar edilmiş, siyasi və iqtisadi istiqlaliyyətini itirmiş ölkə.
müşavir - is. məsləhətçi,
məşvərətçi.
müşavirə - is. hər hansı bir
məsələnin birlikdə müzakirəsi; iclas.
mütəşəkkil - sif. təşkil olunmuş,
ciddi nizam və intizama tabe olan.
mütrüb - is. 1. keçmişdə
musiqinin
müşayiəti ilə toylarda rəqs edən
oğlan (bəzən qız); 2. hərəkət və danışığında yüngül, qeyri-ciddi
adam;
oyunbaz.
müyəssər olmaq - f. mümkün olmaq,
başa gəlmək, qismət olmaq.
müzəffər - sif. üstün gəlmiş,
qələbə çalmış;
qalib.
nadan - sif. avam, cahil,
biliksiz, geridə
qalmış.
narkoz - is. cərrahiyyə
əməliyyati
zamanı xəstəni yatırtmaq, keyləşdirmək üçün istifadə edilən müəyyən dərman preparatları.
natura - is. üzündən şəkli
çəkilən təbii, canlı nümunə, yaxud şəklini
çəkmək üçün rəssamın qarşısında duran adam.
naşir - is. kitab və s. nəşr
edən
adam.