konsul - is. Qədim Romada respublika dövründə səsvermə yolu ilə seçilən yüksək vəzifəli şəxsin titulu.
krater - is. vulkan püskürməsi zamanı onun zirvəsində yaranan qıf və ya fincan formalı çökəklik.
kupe - is. vaqonda bir neçə sərnişin üçün ayrıca bölmə, otaq.
kurqan - is. Orta Asiya və Sibirdəki qədim türk məzarlarına verilən ad.
qalaktika - is. bütün göy cisimlərinin daxil olduğu nəhəng astronomik sistem.
qaşov - is. heyvanların tozunu, çirkini qaşıyıb təmizləmək üçün dəmirdən düzəldilmiş dişli alət.
qərinə - is. 33 illik dövr, əsrin üçdə biri.
qiyafə - is. 1. paltar, geyim, üst-baş; 2. bir adamın zahiri görünüşü, surəti; görkəm.
qladiator - is. Qədim Romada: sirklərdə bir-biri ilə və ya vəhşi heyvanlarla vuruşmaq üçün qullardan, əsirlərdən, yaxud məhkum edilmiş adamlardan hazırlanan pəhləvan.
linqvist - is. dilçi alim.
loja - is. tamaşa zalında bir neçə adamın oturması üçün ayrılmış xüsusi yer.
lord - is. İngiltərədə nəslən keçən yüksək zadəgan titulu və bu titulu daşıyan şəxs.
marşrut - is. bir yerdən başqa yerə getmək üçün dayanacaq yerləri göstərilməklə qabaqcadan müəyyən olunmuş yol.
meriya - is. icra hakimiyyəti, bələdiyyə şurası.
məhəccər - is. eyvanın, pilləkənin, körpünün kənarına çəkilən qoruyucu hasar; sürahi.
məhəl qoymamaq - f. maraqlanmamaq, fikir verməmək.
mətləb - is. işin mahiyyəti, məğzi; məsələ.
məzun - is. hər hansı bir təhsil müəssisəsini bitirmiş şəxs.
mifologiya - is. miflər, mifik rəvayətlər toplusu, əsatir.
miniatür - is. zərif işlənmiş kiçik rəsm, şəkil.
miniatürçü - is. miniatür rəssamı.