girov - is. tələblərinin
yerinə yetirilməsini təmin etmək məqsədilə saxlanılan adam.
heroqlif - is. bəzi dillərdə
səs və ya məfhum bildirən yazı işarəsi.
həkim - is. klassik
ədəbiyyatda: alim, filosof.
hilal - is. təzə çıxmış
bir-iki günlük ay; aypara.
huri - is. cənnət mələyi.
hüzur - is. ön, qabaq.
xaqan - is. qədim türk və
monqol hökmdarlarına verilən ad, titul.
xələf - is. sonradan gələn,
birinin yerinə keçən, onu əvəz edən adam.
xələt - is. bəxşiş, hədiyyə.
xərac - is. vergi, bac.
xəzri - is. Abşeron
yarımadasında şimaldan əsən şiddətli külək.
xiffət - is. fikir, dərd,
qəm, qüssə.
ixtiyar - sif. qoca, yaşlı.
intixab olunmaq - f. seçilmək.
itaət - is. tabe olma, boyun
əymə, sözə qulaq asma, göstərişə əməl etmə.
izdiham - is. tünlük, çox
qələbəlik, basırıq; böyük insan kütləsi.
kayut - is. gəmilərdə
sərnişinlər və ya komanda heyətinə mənsub şəxslər üçün ayrıca otaq.
kətil - is. söykənəcəyi
olmayan sadə stul.
kitabə - is. qəbir daşları
üzərində həkk edilmiş yazı.
klavesin - is. orta əsrlərdə
Avropada geniş yayılmış klavişli musiqi aləti.
kolleksioner - is. eynitipli
əşyalar toplayan adam.
kolleksiya - is. elmi, bədii
və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu.
kombinat - is. bir neçə sahəni
birləşdirən iri sənaye müəssisəsi.
komendant - is. qalada və
s.-də qoşuna, nizam-intizama nəzarət və başçılıq edən zabit.
kompliment - is. xoş söz,
tərifli ifadə.