ekspedisiya - is. müəyyən məqsəd üçün
qrup halında edilən səyahət, səfər.
eksperiment - is. elmi təcrübə,
təcrübə, sınaq.
ekstremist - is. siyasətdə ifrat
tədbirlər tərəfdarı.
emosional - sif. həyəcan ifadə edən,
həyəcanla
dolu olan, həyəcanlı.
əczaçı - is. aptekdə dərman hazırlayan
mütəxəssis.
ədəb-ərkan - is. ədəb, tərbiyə, əxlaq,
nəzakət qaydaları.
ədviyyat - is. xüsusi dad, xoş iy,
bəzən də rəng vermək üçün xörəyə və şirniyyata qatılan darçın, hil, sarıkök, mixək və s. kimi maddələrin
ümumi adı.
əqidə - is. insanın mühit, həyat və
ümumiyyətlə, varlıq haqqındakı düşüncə və inamı; etiqad, məslək.
əyan olmaq - f. bəlli olmaq, aşkar
olmaq, aydın olmaq.
əzm - is. qəti niyyət, qəti qərar.
festival - is. incəsənətin hər hansı
növünü nümayiş etdirən bayram, müsabiqə.
fədai - is. ümumi bir iş yolunda,
məslək uğrunda təhlükəli işlərə qoşulub canından keçməyə hazır olan şəxs.
fəsilə - is. quruluşca oxşar, mənşəcə
bir-birinə yaxın bir neçə heyvan və ya bitki cinsinin əmələ gətirdiyi qrup.
fəzilət - is. dəyər, qiymət, məziyyət.
firon - is. Qədim Misir padşahlarına
verilən ad.
flaqman - is. böyük hərbi gəmi
birləşməsinin komandanı, habelə həmin gəmi birləşməsi komandanının olduğu gəmi.
forum - is. Qədim Romada: şəhərin
ictimai həyatının mərkəzləşdiyi yer; meydan.
funksiya - is. vəzifə, fəaliyyət
dairəsi.
geologiya - is. yerin quruluşu,
tərkibi, tarixi, yerdə üzvi həyatın tarixi və faydalı qazıntıların yerdəyişməsi haqqında elm.
geoloq - is. geologiya mütəxəssisi.
gəda - is. aşağı təbəqədən olan adam,
kişi.
gilavar - is. cənub və cənub-şərqdən
əsən külək.