ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1
Bölmədəki mətnlərin siyahısını Qədim Dünya ilə bağlı hadisələrin xronologiyasına uyğun olaraq tərtib edin.
2
Hansı mətni siyahıya daxil edə bilmədiniz? Nə üçün?
- Mübtəda feillə ifadə oluna bilməz.
- İsimləşən sifət və saylar mübtəda ola bilir.
- İsmi xəbər ad və əlamət bildirir.
- Feili xəbər məsdərlə ifadə oluna bilər.
- Feili xəbər frazeoloji birləşmə ilə ifadə oluna bilər.
- Xəbər və mübtəda şəxsə görə həmişə uzlaşır.
- Xəbər və mübtəda kəmiyyətə görə həmişə uzlaşır.
4
Cümlələrdəki mübtədaların ifadə vasitələrini müəyyənləşdirin.
- Kitab bilik mənbəyidir.
- Gənclər bizim gələcəyimizdir.
- Onbirincilər buraxılış imtahanlarına hazırlaşırlar.
- Bulaq suyu, dağ havası hər bir dərdin dərmanıdır.
- Düşünmək yalnız insana məxsus xüsusiyyətdir.
- Dostunun köməyinə hamıdan əvvəl o gəlmişdi.
- Qocalara hörmət etmək hər bir gəncin borcudur
5
Cümlələri oxuyun. İsmi və feili xəbərləri müəyyənləşdirin.
- Nümayəndələr içərisində mən də var idim.
- Qədim xalçalarımız sərgidə nümayiş etdirildi.
- Azərbaycanın təbiəti füsunkardır.
- Qarabağ atları bütün dünyada məşhurdur.
- Muğam sənətini yaşadan gənclərimiz çoxdur.
6
Şeir parçasında mübtəda ilə uzlaşmayan xəbərləri göstərin.
Quş qanadla uçar, insan diləklə.
Yatir hər ürəkdə min-min arzular.
Tutub əlimizdən ucaldır bizi
Arzular, arzular, şirin arzular.
(Bəxtiyar Vahabzadə)