6
Verilmiş cümlələrdə mübtəda ilə xəbərin kəmiyyətə görə uzlaşıb- uzlaşmadığını müəyyən edin.
- Qarışqalar yuvalarına yem daşıyırdılar.
- Bülbüllər bağda səs-səsə vermişdi.
- Yaz gəldi, ağaclar çiçəkləndi.
- Şagirdlər səhər tezdən məktəbə tələsirdilər.
- Aylar, illər bir-birini əvəz edir.
7
Sütunlarda verilmiş mübtəda və xəbərləri kəmiyyətə görə uzlaşdırın.
camaat
sürü
yağışlar
günlər
nümayəndələr
toplaşmaq
otlamaq
başlamaq
qısalmaq
görüşmək
8
Bayatların hansı misralarında mübtəda ilə xəbər arasında uzlaşma
pozulmuşdur?
Sular gələr, göl dolar,
Şaxta vurar, gül solar.
Mərd igidin balası
Özü kimi mərd olar.
İldırım çaxar, gedər,
Su gəlib axar, gedər.
Dostlar dar gündə gələr,
Bivəfa baxar, gedər.
9
Buraxılmış səhvləri düzəltməklə mətni köçürün.
Kəndin səhərləri gözəl olurlar. Hər səhər oyananda quşların cəh-cəhi insanları valeh edirlər.
Ətrafa tamaşa edərkən görürsən ki, kəpənəklər rəqs edir, qarışqalar yuvalarına yem daşıyır,
quşlar o ağacdan bu ağaca hoppanırlar.
Budur, çobanın qabağına qatıb apardığı sürü yaşıl düzlərə dağılırlar. Çoban itləri səs-səsə
verib sanki sürünü qoruduqlarını nümayiş etdirirlər.
Yaxında qıjıltı ilə axan çayın səsi eşidilir. Çay kənarında açılan güllər fərəhlə ətrafa
boylanırlar. Həşəratlar isə bu gözəllikdən dadmağa tələsirlər.
Yazın gəlişi ilə yağışlar yağmağa başlayırlar. Yağış damcıları ağacların yarpaqlarını, evlərin
damlarını döyəcləyir. Çöldə işləyən kəndlilər daldalanacaq axtarır, bulaq başına gələn qızlar
evə tələsirlər.