7
1-ci sətirdə verilmiş sözlərə 2-ci sətirdəki müvafiq şəkilçiləri artırmaqla düzəltmə isimlər
yaradın.
- sandıq, döy, səp, bil, gözəl, qaz
- -üş, -ıntı, -in, -lik, -ik, -ça
8
Aşağıdakı sözləri müvafiq bəndlərdə yazmaqla dəftərinizə köçürün.
döşək, saflıq, köməkçi,
igidlik, təmizlik, tikinti, dinləyici, üzümlük, fəaliyyət, hesabdar, satıcı
- İsimdən düzələn isimlər: _____________________________
- Feildən düzələn isimlər: ______________________________
- Sifətdən düzələn isimlər: _____________________________
9
Dördündən biri fərqlidir.
- məğlubiyyət, keyfiyyət, fəaliyyət, məsuliyyət
- yanıq, batıq, qırıq, çarıq
- yeşik, çəpik, bilik, qəpik
- sınaq, daraq, maraq, dayaq
10
Verilmiş isimlərin hansı nitq hissəsindən düzəldiyini müəyyən edin.
Nümunə: bağlayıcı
bağ - sözün kökü, isim;
bağla - isimdən düzəlmiş feil;
bağlayıcı - feildən düzəlmiş isim.
insanpərvərlik, yelləncək, göyərti, sınıqçı, qızdırıcı, qaraltı
*
11
Lüğətin köməyi ilə sözlərin düzgün yazılış formasını müəyyən edin. Sözlərdə kökün son samitinə
diqqət yetirin. Şəkilçilərin söz kökünə qoşulması ilə bağlı qanunauyğunluğu müəyyən edin.
seçki / seçgi
çalqı / çalğı
bitki / bitgi
sevki / sevgi
sürtgü / sürtkü
asqı / asğı
12
Fərqləndirilmiş sözlərin qrammatik mənalarını müəyyənləşdirin.
- Sabah tez durmalıyıq, gərək vaxtinda yataq.
- Mənim yataq otağım evin ikinci mərtəbəsindədir.
- Tarlalarda artiq səpin işlərinə başlanmışdı.
- Toxumu torpağa vaxtinda səpin ki, taxıl da vaxtında yetişsin.
- Dayanacaq avtobus gözləyən adamlarla dolu idi.
- Qatar növbəti stansiyada cəmi 5 dəqiqə dayanacaq.
- Balaca uşaqlar dondurma yeməyi çox xoşlayırlar.
- Suyu soyuducuda çox saxlayıb dondurma.