Əslində isə, qladiator döyüşünün tamaşaçıları, eləcə də son qərar verən Roma imperatoru qladiatora ölüm hökmü çıxararkən heç vaxt baş barmağı aşağı endirməyiblər. Ümumiyyətlə, romalılarda baş barmağı aşağı tutmaq kimi bir jest olmayıb. Əgər məğlub qladiatora ölüm hökmü kəsirdilərsə, baş barmaq qınından çıxarılmış qılınc kimi yuxarı qalxırdı. Əgər qladiatora həyat bağışlanırdısa, baş barmaq qınına salınmış qılınc kimi ovucun içində gizlədilirdi. Hətta latiın dilində belə bir ifadə də var: “Mərhəmət ovuca salınmış baş barmaqla göstərilir”.