Feili xəbər feilin müxtəlif şəkilləri ilə ifadə olunur. Məsələn:
Uşaqlar, gəlin işıq gələn tərəfə gedək.
Pəhləvan vəziyyəti belə görüb dikəldi.
Bu mərhələdən sonra daha diqqətli olmalıyıq.
Feili xəbər frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: Ana bərk təşvişə düşdü. Ovçu dağlardan qalxan dumana baxıb dərindən köks ötürdü.