Konsullar və senatorlar yalnız patrisilərdən seçilə bilərdilər. Plebeylər narazı qalmasınlar deyə onların arasından senata iki xalq tribunu seçirdilər. Tribunların səsvermə hüququ yox idi, lakin senatın istənilən qərarına veto qoymaq hüququ var idi. (Latın dilində “veto” sözü qadağa deməkdir.)
Beləliklə, dünya tarixində ilk dəfə olaraq Romada respublika yaradıldı. Onun yaranmasında əsas rol oynayan Brutun adı isə tarixdə zülmə, monarxiyaya qarşı mübarizənin təcəssümü kimi qaldı. Onun yaratdığı üsuli-idarə ilə bağlı terminlər müasir dövrdə hələ də işlənir. Məsələn, hər hansı problemi müzakirə etmək məqsədilə təşkil edilmiş toplantı və ya internet vasitəsilə müəyyən məsələ ilə bağlı fikir mübadiləsi indi də “forum” adlanır. Hüquq elmində “veto” kəlməsi hələ də qüvvədədir. Dünya siyasətində indiyədək veto hüququndan istifadə olunur.