Mübtəda cümlədə haqqında danışılan şəxsi, əşyanı və anlayışı bildirir. Məsələn: Səməd işdən yorğun gəlib. Yamaclar yaşıl idi. Sükut qəribə duyğular oyadır. Oxumaq vacibdir.
Mübtəda insan məfhumu ifadə etdikdə kim?, digər canlı və cansız varlıqları ifadə etdikdə nə?, məkan anlayışı ifadə etdikdə isə hara? sualına cavab olur.
Mübtəda, adətən, cümlənin əvvəlində işlənir.