Növbəti bir neçə il ərzində Tutanxamon ehramını tədqiq edən daha iyirmi iki nəfər səbəbi
bilinməyən xəstəlikdən öldü.
Sonralar Tutanxamon ehramının tədqiqatı zamanı divarda heroqliflərlə həkk olunmuş bir yazı aşkar
olundu:
“Fironun rahatlığını pozan hər kəsi tezliklə ölüm gözləyir!”
Bütün bunlar göstərir ki, müasir elmin inkişaf səviyyəsi nə qədər yüksək olsa da, hələ ki qədim
dünyanın bütün sirlərini açmağa imkan vermir. Bu müəmmalar hələ də öz tədqiqatçılarını gözləyir.
Svetlana Quliyeva
Söz ehtiyatı
4
Lüğətdən istifadə edərək “ehram”, “müəmmalı”, “blok”, “mumiya” və “lord” sözlərinin
mənalarını izah edin.
Nə anladın?
5
Mətndə hansı suala cavab yoxdur?
A)Misir piramidaları nə üçün pilləlidir?
B)Misir piramidalarının içindəki labirintlər nəyə xidmət edir?
C)Firon Xefrenin ehramı açılarkən baş vermiş hadisənin səbəbi nə
idi?
Ç)Firon Mikerin cənazəsi nə üçün İngiltərəyə gedib çata bilməmişdi?
Yaradıcılıq
6
Ümumi tarix fənnindən Misir dövləti haqqında öyrəndiklərinizə əsasən təqdimat hazırlayın.
7
Digər altı möcüzə haqqında məlumat toplayaraq təqdimat hazırlayın.
Dil qaydaları
8
Frazeoloji birləşmələri xəbər vəzifəsində işlətməklə cümlələri tamamlayın.
qəlbinə dəymək, sevincindən yerə-göyə sığmamaq, ağzına su alıb
oturmaq, canına üşütmə düşmək, gözünün kökü saralmaq
- Hamının sözünü kəsən Əli indi ... .
- Həkim adı gələndə uşağın qorxudan ... .
- Oğlunun yolunu gözləməkdən ananın ... .
- Səməd heç vaxt heç kimin ... .
- O, riyaziyyat olimpiadasında qalib gəldiyini biləndə ... .