Cümlə bir-biri ilə məna və qrammatik cəhətdən bağlı olan sözlər və birləşmələrdən təşkil olunur. Bu sözlər və birləşmələr cümlə üzvü adlanır.
Cümlə üzvləri iki qrupa bölünür:
1) Baş üzvlər: mübtəda və xəbər;
2) İkinci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik.
Cümlənin yaranmasında və bitmiş fikir ifadə etməsində əsas rolu baş üzvlər oynayır. Onlar məna və qrammatik cəhətdən cümlənin əsasını təşkil edir.