Azərbaycan qədim tarixi abidələrlə zəngin bir ölkədir. Bu abidələrin bir çoxu arxeoloji qazıntılar nəticəsində aşkar edilmişdir.
Uzun müddət tarixçilərimizi bir məsələ düşündürmüşdür: Azərbaycan ərazisində insanlar nə vaxtdan məskunlaşmağa başlamışlar?
XX əsrin ortalarına qədər ölkəmizin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı xalqımızın qədim keçmişinə aid minlərlə maddi mədəniyyət abidəsi tapılmışdı. Bu abidələrin hamısı Daş dövründən sonrakı dövrlərə aid idi. Lakin Azərbaycanın təbii-coğrafi
Nəhayət, 1956-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit” arxeoloji ekspedisiyası təşkil olundu. Bu ekspedisiya 1956-1958-ci illərdə Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında arxeoloji qazıntı işləri apardı. Burada yüzlərlə daş alət - qaşov, bıçaq, ox ucluqları, biz və s. tapıldı. Beləliklə, bu ərazidə Orta Paleolit dövrünə aid insan məskəni aşkar edildi.
1960-cı ildə Məmmədəli Hüseynovun başçılıq etdiyi arxeoloji ekspedisiya Qarabağ ərazisində tədqiqat işlərinə başladı. Kəşfiyyat işləri Qarabağın Quruçay və Köndələnçay vadilərində və ona yaxın ərazilərdə aparılmışdı. Arxeoloji tədqiqatlar zamanı Azıx
“Azıx” sözü qədim türk dilində ayı deməkdir. Bu mağara Füzuli şəhərindən 14 km aralıda Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir. Mağaranın müxtəlif tərəflərdən bir neçə girişi var. Buradakı salonlar bir-biri ilə dar keçidlər vasitəsilə birləşir.