İki səmimi dost birlikdə səyahətə çıxır. Yolboyu söhbət edə-edə dağlardan, meşələrdən, çaylardan keçirlər. Gəlib bir dəniz sahilinə çıxırlar. Bu zaman dostlardan birinin sözü o birini əsəbiləşdirir. O da hirsini cilovlaya bilməyib ona bir şillə vurur.
Durduğu yerdə şillə yeyən dost heç nə demir. Aşağı əyilib yerdən bir çubuq götürür
Dostlar yollarına davam edirlər. İsti olduğu üçün əyinlərini soyunub suya baş vururlar. Bu zaman şillə alan gənc boğulmağa başlayır. Dostu özünü yetirib onu xilas edir. Sahilə çıxdıqdan sonra o, bıçaqla yaxınlıqdakı qayanın üstündə bu sözləri cızır: “Bu gün ən yaxşı dostum məni ölümdən xilas etdi”.
Axşam düşür. Dostlar ocaq qalayıb ətrafında otururlar. Xeyli susduqdan sonra xilaskar dost dillənir:
- Dostum, sənə şillə vurduğuma görə çox peşmanam. Ancaq sən məni bir sirdən agah elə. De görüm, nəyə görə sənə şillə vuranda bunu qumun üstünə yazdın, amma dənizdə xilas edəndə daşın üstünə həkk elədin?
Dostu gülümsəyir, amma cavab vermir.
Bir neçə gün sonra səyahətdən qayıdan dostlar həmin qayanın yanından keçirlər və üzərindəki yazını görürlər. Amma qum üstündəki yazıya rast gəlmirlər; onu əsən küləklər silib aparmışdı.
Yazıların müəllifi yenə gülümsəyərək dostunun üzünə baxır və ogünkü sualının cavabını verir.