*
6
Atalar sözlərində sifət kimi verilmiş sözləri zərf kimi işlətməklə cümlələr qurun.
- Tək ağacdan bağ olmaz.
- Doğru söz acı olar, nəticəsi şirin.
- Əyri bacadan tüstü düz çıxar.
7
Verilmiş sözləri əvvəl sifət, sonra zərf məqamında işlədin.
açıq, aydın, gözəl, təmiz, cəld
8
Nümunələrdə -da2 və -dan2 şəkilçiləri ilə düzəlmiş sözlərə
sual verərək hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
Əziziyəm, gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olar,
Sənə qurban gündə mən. (Bayatı)
Gəlirdim kənddən,
Səs gəldi bərkdən.
Ağzı sümükdən,
Saqqalı ətdən. (Tapmaca)
Mən yayı çox sevirəm,
Göy üzü təmiz olur.
Yayda çox sevdiklərim
Çay olur, dəniz olur. (Zeynal Cabbarzadə)
9
Altından xətt çəkilmiş sözlərin hansının zərf, hansının say olduğunu müəyyənləşdirin. Fikrinizi
əsaslandırın.
- Çalış, çox danışma, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin. (Nizami Gəncəvi)
- Çox qarışqa bir şiri öldürər.
- Yolun kənarındakı çinar ağacının kölgəsində xeyli gözlədi.
- İçəridə xeyli adam var idi.
10
Nöqtələrin yerinə -la2, -cıl4, -yana, -lı4 şəkilçilərini
qoymaqla sifət və zərf düzəldin.
- Dostum çox zarafat... oğlandır.
- Dostum çox vaxt sözünü zarafat... deyir.
- Dünən maraq... filmə baxdım.
- Dünənki filmə maraq... baxdım.