Dilimizdə elə sözlər var ki, cümlədəki yerindən asılı olaraq həm zərf həm də digər nitq hissəsi (isim, sifət və ya say) ola bilir.
Axşam (nə? - isim) düşür, hamı evə tələsir.
Axşam (nə vaxt?-zərf) maraqlı kitab oxudum.
Gözəl (necə?-sifət) mənzərə uşaqlıq illərini onun yadına saldı.
Ayaz gözəl (necə? - zərf) bilirdi ki, bu iş alınmayacaq.
Az (nə qədər?-say) adam tapılar ki, bunu bilməsin.
Az (nə qədər?-zərf) danış, amma mənalı danış.