7
Cümlələri oxuyun, zərfləri seçin və sualları cavablandırın.
- Bir xeyli getmişdilər ki, Rövşən Qıratın başını çəkdi.
- Sahil güclə görünürdü.
- Uzaqdan bir atlı gəlirdi.
- Dan yeri yenicə ağarmağa başlamışdı.
Hansı zərf:
Hərəkətin necə icra olunduğunu bildirir?
Hərəkətin nə zaman icra olunduğunu bildirir?
Hərəkətin harada icra olunduğunu bildirir?
Hərəkətin kəmiyyətini bildirir?
8
Cümlələrdəki zərfləri tapın və onların hansı növə aid olduğunu müəyyən edin.
- Şimal tərəfdən qəflətən güclü külək başladı.
- Qaranquşlar alçaqdan uçaraq ora-bura vurnuxurdular.
- Hər kəsin dediyinə kor-koranə inanmaq cahillikdir.
- Kəndə çatmağa azca qalmış maşınımızın yanacağı qurtardı.
- Axşamdan başlayan yağış səhər kəsdi.
*
9
Verilmiş mətndə zərfin hansı məna növü işlənməyib?
Sən əvvəlcə ağ suya girib çimərsən, sonra qara su ilə başını yuyub bir az da
qaşına, kirpiyinə, qırmızı sudan da yanağına sürtərsən. Sonra xəlvətcə bütün sümükləri torbaya yığıb
gətirərsən mənim yanıma. Qorxma, qardaşın indi də keçi cildinə düşəcək.
*
10
Dördündən biri məna növünə görə fərqlidir.
A)ötəri
A)ruhən
A)ucadan
A)azca
B)içəri
B)qismən
B)bərkdən
B)bəzən
C)geri
C)qəflətən
C)çoxdan
C)daim
Ç)irəli
Ç)daxilən
Ç)birdən
Ç)arabir
11
Verilmiş zərfləri məna növünə və quruluşuna görə qruplaşdıraraq yazın.
dürüst, uzun-uzadı, daim, birə-min, xeyli, sərrast, üzüaşağı,
hərdən, ağayana, ara-sıra, ora, sözarası, tamamilə,
birlikdə, az-çox, üz-üzə, çoxdan, az, atüstü,
dəfələrlə, içəri, bildir, səhərçağı