Hərəkəti hansı cəhətdən izah etməsindən asılı olaraq zərflərin müxtəlif məna növləri vardır:
1. Tərzi-hərəkət zərfləri hərəkətin necə icra olunduğunu bildirir: təəccüblə, yavaşca, qəfildən və s.
2. Zaman zərfləri hərəkətin icra olunduğu zamanı bildirir: indi, bayaq, dünən, bildir, səhər, axşam, gecə, gündüz, səhər-axşam, gec-tez, əvvəl, sonra və s.
3. Yer zərfləri hərəkətin icra olunduğu yeri bildirir: irəli, geri, içəri, aşağı, yuxarı, sağa, sola, ora-bura, irəli-geri, üzüaşağı və s.
4. Kəmiyyət zərfləri hərəkətin kəmiyyətini və dərəcəsini bildirir: az, çox, xeyli, azca, azacıq, dəfələrlə, az-az, az-maz, azdan-çoxdan və s.