Söz ehtiyatı
1
Lüğətdən istifadə edərək “fəzilət”, “həkim”, “mötəbər”, “gəda”, “mətləb”, “agah etmək”,
“intixab etmək”, “zər”, “xərac”, “rəvac”, “müdam” sözlərinin mənalarını izah edin.
Düşün və cavab ver
2
Şah həkimin vəsiyyətini yerinə yetirmək üçün nə etdi?
3
Müdrik qocanın cavablarına münasibətinizi bildirin.
4
Son beytdə müəllif “Ey Qüdsi” deməklə kimə müraciət edir?
Yaradıcılıq
5
Abbasqulu ağa Bakıxanov haqqında araşdırma aparıb yazılı təqdimat hazırlayın.
Dil qaydaları
6
Göy rənglə verilmiş cümlədə düzgün söz sırasını müəyyənləşdirin.
7
Nöqtələrin yerinə uyğun zərfləri artırmaqla cümlələri dəftərinizə köçürün.
birdən-birə, üzüaşağı, taybatay, gündən-günə, başdan-başa,
bir
qədər, üzüyuxarı
- Şəhərimiz ... gözəlləşir.
- Göyün üzünü ... qara buludlar aldı.
- Ovçu dağ cığırı ilə ... qalxırdı.
- Külək qapını ... açdı.
- Qoca ... dincəlib yoluna davam etdi.
- Meydan ... gül-çiçəklə bəzənmişdi.
- Gur şəlalə qayalardan ... axırdı
8
Altından xətt çəkilmiş sözləri orfoqrafik normalara uyğun yazmaqla cümlələri dəftərinizə
köçürün.
- Uşaq günbə-gün deyil, saatba-saat böyüyürdü.
- Uğurlarımızın sayı birəbeş artmışdı.
- O, yoldaşı ilə dil ucu salamlaşdı.
- Məktəbimizdə bugün məzunlarla görüş keçirildi.
9
Verilmiş zərfləri quruluşca növünə görə qruplaşdırın.
bir gün, cəld, içəri, bərkdən, şəxsən, birlikdə, cəsarətlə,
əvvəl, indi, sakitcə, həmişə,
ağır-ağır, için-için,
birdən-birə, lal-dinməz