Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır, bitişik, defislə və ayrı yazılır.
Bitişik yazılan zərflər: dilucu, birbaşa, üzüyuxarı, atüstü, gözaltı, üzbəüz, taybatay, ilbəil, sözbəsöz.
Defislə yazılan zərflər: tez-tez, başdan-başa, gec-tez, dizin-dizin, birə-beş.
Ayrı yazılan zərflər: hər gün, hər an, bu an, bu gün, bu saat, ilk dəfə, bir az, bir qədər, bir dəfə və s.