Qız atasının nə demək istədiyini artıq başa düşmüşdü.
Üç dost var idi - Anar, Telman və Vüqar. Anar cüssəli, güclü bir oğlan idi. Hamı onun boy-buxununa həsəd aparırdı. Telman şən, zarafatcıl idi. Dost-tanış onun xətrini çox istəyirdi. Vüqar isə təmkinli və bir qədər qara qabaq idi. Hamı bir yerə yığışıb şənlənəndə onun səsi çıxmazdı. Səsi çıxanda da dostları zarafatla deyərdilər: “Aaa... Vüqar, sən də buradasan?”
Bir gün dostlar meşəyə getmişdilər. Qəfildən şimşək çaxdı, şiddətli yağış başladı...
Zərf quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər yalnız bir kökdən ibarət olur: axşam, indi, cəld, yuxarı, əvvəl.
Düzəltmə zərflər kökdən və leksik şəkilçidən ibarət olur: zarafatyana, qəhrəman-casına, çox-dan, yeni-dən, daxil-ən, cəsarət-lə, çəp-əki, tək-lik-də, həmişə-lik, yay-da.
-la2 şəkilçisi [-nan2] kimi tələffüz olunur: inadla [inatnan]. Bu şəkilçi mücərrəd isimlərə artırıldıqda zərf düzəldir.