1
Bu bölmədə incəsənətin hansı növləri haqqında danışıldı? Hansı incəsənət xadimləri haqqında
məlumat aldınız?
2
Xüsusiyyətlərin feilin hansı şəkillərinə aid olduğunu söyləyin.
- -sa2 şəkilçisi artırmaqla düzəlir.
- İnkarı yalnız “deyil” sözü ilə düzəlir.
- Bu şəkildə işlənən feil özündən sonra vergül tələb edir.
- -malı2 şəkilçisi ilə düzəlir.
- Gələcək zaman məzmunu daşıyır.
- -a2 (-ya2) şəkilçisi
ilə düzəlir.
- Əsas əlaməti zaman şəkilçisidir.
- İnkarı həm -ma2 şəkilçisi, həm də
“deyil” sözü ilə düzəlir.
- Xüsusi şəkilçisi yoxdur.
- İkinci şəxsin təkində heç bir şəkilçi qəbul etmir.
3
Feilləri quruluşuna görə qruplaşdırın.
çıxdı, gözləyir, həlak oldu, deyib-gülürdü,
xoşlayırsan, küsüb-barışırıq,
səbir et, vuruşdu,
bildirmişdir, satacaq, tamamla, istehza etmək,
çalışarsan, soruş, oxuya bilir, fikirləşdim, bəyəndilər
4
Aşağıdakı bayatını tələffüz qaydalarına uyğun oxuyun.
Dərd yaxamı tanıyır,
Dərdə salıb sınayır.
Ovçu vurub sinəmdən,
Dəymə, yaram qanayır.
5
“Tənbəl deyər: ver, yeyim, ört, yatım, gözlə, canım çıxmasın”
atalar sözündə əmr şəklində olan neçə feil var?
6
“Gələsisiniz” və “gələsiniz” feilləri arasında fərqi izah edin.
7
Durğu işarələrini artırmaqla şeiri dəftərinizə köçürün.
Qaytarsan o sözləri sözsüz bir lal olarsan
Qaytarsan o yerişi yerindəcə qalarsan
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar qaytar onları qaytar qoyma sabaha (Əli Kərim)
Nümunədə işlənmiş feillər hansı şəkillərdədir?
Feilləri kök və şəkilçiyə ayırın.