Yadda saxla!
FEİLİN ŞƏRT ŞƏKLİ
Feilin şərt şəkli hərəkətin müəyyən şərt daxilində icra olunacağını bildirir, feilin kökünə
və ya başlanğıc formasına - sa2 şəkilçisi artırmaqla düzəlir: çalış-sa-m, dağıl-sa,
gör-sə-k, bil-sə-niz və s.
Cümlədə şərt şəklində işlənmiş feildən sonra vergül qoyulmalıdır. Məsələn: Hava yaxşı olsa,
gəzməyə gedərik.
1.
Əziyyət çəkib yaxşılıq etsən, əziyyət keçər, yaxşılıq qalar.
Pislik edib ləzzət çəksən, ləzzət gedər, pislik qalar. (Nəsirəddin Tusi)
2.
Bacarsan, hamının yükünü sən çək,
İnsana ən böyük
şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
(Nizami
Gəncəvi)
3. Namərdi bir gördüm, bir də
görsəm, namərdəm.
(Atalar sözü)
4.
Dağ başında qara bax,
Üstün alan sara bax,
Aləm cənnətə dönsə,
Mənə xoşdur Qarabağ. (Bayatı)
Məndə sığar iki cahan, mən bu cahana sığmazam.
(İmadəddin Nəsimi)
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
(Məhəmməd Füzuli)