Feilin lazım şəkli hərəkətin icrasının lazım olduğunu bildirir və feilin kökünə və ya başlanğıc formasına -ası2 şəkilçisi artırmaqla düzəlir: görəsi, baxıl-ası.
Lazım şəklinin inkarı feilə deyil sözü artırmaqla düzəlir. Bu zaman şəxs şəkilçisi deyil sözünə artırılır: gör-əsi deyil-əm, qal-ası deyil-siniz.