1828-ci ildə Ərdəbili tutan rus generalı Suxtelen Şeyx Səfi kitabxanasının Rusiyaya köçürülməsi barədə tapşırıq aldı. O, kitabxanadakı din xadimlərini məqbərədə toplayaraq dedi:
- Rusiya çarı öz yeni təbəələri, onların dili və mədəniyyəti ilə yaxından tanış olmaq
Bunu deyib o, Şeyx Səfinin məzarı üstünə 800 qızıl onluq qoydu.
Ruhanilər başa düşürdülər ki, kitablar Rusiyaya aparılsa, bir daha geri qaytarılmayacaq. Lakin tamah din xadimlərinə güc gəldi və onlar kitabxananın daşınmasına icazə verdilər. Beləliklə, Azərbaycan şair və alimləri tərəfindən yaradılmış, ustad xəttatlar və miniatürçülər tərəfindən kitab halına salınmış nadir incilər Rusiyaya, oradan da dünyanın bir çox
I Şah Təhmasibin əmri ilə toxunmuş hər iki Ərdəbil xalçası 1843-cü ildə hələ ki Şeyx Səfi məqbərəsində idi. Bu faktı həmin il məqbərəni ziyarət edən britaniyalı səyyahlar təsdiq etmişdilər. Həmin vaxtdan təxminən 30 il sonra Ərdəbildə baş vermiş zəlzələ nəticəsində məqbərəyə ciddi ziyan dəyir və ehtimal ki, onun bərpa olunması üçün vəsait əldə etmək məqsədilə hər iki xalça satişa çıxarılır. Bu zaman xalça ticarəti ilə məşğul olan Ziqler (İngiltərə) şirkəti xalçaları əldə edir.
Xalçalar zədələndiyindən onlardan birinin hər iki kənarından kəsilərək digərinə tikilir. Beləliklə, bir “tam” və bir “yarımçıq” xalça qalır.
1892-ci ildə “tam” xalça Londonda satışa çıxarılır. Viktoriya və Albert Muzeyi Şeyx Səfi xalçasını 2000 funt-sterlinqə satın alır.
İkinci xalça isə bir amerikalı kolleksionerə satılır. Həmin xalça 1953-cü ildə Los-Anceles İncəsənət Muzeyinə təhvil verilir.
Viktoriya və Albert Muzeyindəki Şeyx Səfi xalçası nadir eksponat kimi şüşə örtük altında saxlanılır. Xalçanın rəngləri xarab olmasın deyə şüşənin altındakı işığı yalnız hər saatın 10 dəqiqəsi müddətinə yandırırlar.