Yaxın Şərqin məşhur dini liderlərindən biri kimi tanınmış Şeyx Səfi 1252-ci ildə Ərdəbildə anadan olmuşdur. Onun tərəfdarları günü-gündən çoxalır, ölkədə böyük siyasi qüvvəyə çevrilirdilər.
1334-cü ildə dünyasını dəyişən Şeyx Səfi doğma Ərdəbil şəhərində dəfn olundu. Onun məzarının üzərində türbə tikildi, ətrafında məscidlər, karvansaralar, mədrəsələr salındı. Burada böyük bir
Şeyx Səfi nəslindən olan Şah İsmayıl 14 yaşında hakimiyyət başına gələrək Səfəvilər dövlətini yaratdı və Səfəvilər sülaləsinin əsasını qoydu. Yalnız hökmdar, sərkərdə kimi deyil, həm də böyük şair kimi tanınmış Şah İsmayıl Şeyx Səfinin yaratdığı kitabxananı daha da zənginləşdirdi. O, ulu babasının türbəsinə bitişik möhtəşəm bina tikdirərək kitabxananı oraya köçürdü. Şah İsmayıl xaricdən gəlmiş səyyahları və dövlət xadimlərini bu kitabxanada qəbul edirdi.
Səfəvilər sülaləsinin hakimiyyəti 250 ildən çox davam etdi. Bu illər ərzində Şeyx Səfi məqbərəsi daim Səfəvi hökmdarlarının diqqət mərkəzində olmuşdu. Burada tikinti və bərpa işləri fasiləsiz olaraq davam edirdi. Şah İsmayılın oğlu I Şah Təhmasibin hakimiyyəti dövründə həmin məqbərə özünün indiki şəklini aldı. Təhmasibin əmri ilə məqbərəni bəzəyəcək iki eyni naxışlı iri xalça toxundu. Bu xalçalar incəsənət tarixinə “Şeyx Səfi xalçası” adı ilə daxil oldu.
Xalçaların bir küncündə dörd sətirlik yazı da toxunmuşdu. İlk iki sətirdə bir beyt, 3-cü sətirdə xalçaların toxunmasına nəzarət edən adamın adı (Maqsud Kəşani), sonuncu sətirdə isə xalçaların toxunduğu il qeyd olunmuşdu: Hicri tarixi ilə 946-cı il.
Bu gün Şeyx Səfi kompleksi Ərdəbilin ən görməli yerlərindən biridir.
XIX əsrin əvvəllərində İran ruhanilərinin rəhbərlik etdiyi Şeyx Səfi kitabxanası Şərqdə ən zəngin kitabxanalardan biri sayılırdı. Burada minlərlə nadir əlyazma kitablar saxlanılırdı. Dünyanın müxtəlif ölkələrindən alimlər Ərdəbilə gələrək həftələrlə, aylarla kitabxanada araşdırmalar aparırdılar.
Burada olmuş rus şərqşünas alimləri kitabxananı ələ keçirmək üçün öz hökmdarlarına müraciət etmişdilər.