Feilin vacib şəkli hərəkətin icrasının vacibliyini bildirir. Vacib şəkli feilin kökünə və ya başlanğıc formasına -malı2 şəkilçisini artırmaqla düzəlir: sat-malı, gör-məli.
Vacib şəklinin inkarı həm -ma2 inkar şəkilçisi, həm də deyil sözü vasitəsilə düzəlir. İkinci halda şəxs şəkilçisi deyil sözünə qoşulur: baxma-malı-san, bax-malı deyil-sən.
* Əgər mübahisə zamanı biri digərinə xətər yetirsə, and içməlidir ki, onu vurduğuna peşmandır və həkimin xərcini ödəməlidir.
* Əgər oğul atanı vursa, onun barmaqları kəsilməlidir.
* Əgər bir adamın evi yanarsa və biri o yanğını söndürmək adı ilə gəlib ev sahibinin əşyalarına tamah salar və hər hansı bir şey oğurlayarsa, həmin adam oda atılıb yandırılmalıdır.
* Əgər bir adam qonşusuna böhtan atıb onu oğurluqda ittiham edirsə, qonşuları onu andiçmə yolu ilə Tanrı qarşısında ifşa etsələr, şər atan adam qonşusuna iddia etdiyi məbləği ikiqat ödəməlidir.