– Rac, bu gün sən sonuncu dərsini almaqla təhsilini başa vurdun. Artıq məktəbimizin məzunusan. Unutma ki, hər hansı bir sahədə sənəti mükəmməl bilmək kifayət deyil, həm də dözümlü olmaq lazımdır. Sən bil ...sən ki, insanlar peşəkar olmadıqları mövzularda belə tənqid etməyə hər zaman hazırdırlar. Sən əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara fürsət verdin və onlar böyük həvəslə bunu etdilər: əsərin “x” işarəsi ilə doldu. Ancaq həmin insanlardan səhvləri düzəltməyi xahiş etdikdə heç kim buna cürət etmədi. Çünki onların heç biri bu sahədə səndən bilikli və qabiliyyətli deyil. Əziz oğlum, sənin biliyin, qabiliyyətin çox çalışmağının, səy göstərməyinin nəticəsidir. Sənə deyilən haqlı və ya haqsız tənqidlərə görə heç vaxt həvəsdən düşmə, özünə inamı itirmə. İlk tənqidçin özün ol və özünü qiymətləndir. Amma bu zaman ədalətli və dürüst ol. Səni əmin edirəm ki, belə etsən, hər zaman uğur qazanacaqsan. Get, oğlum, Tanrı səni qorusun!
Racın gözləri yaşarmışdı. Bu sonuncu dərs onun üçün əsl həyat dərsi oldu.