Feilin arzu şəklində hərəkətin icrası arzu edilir. Arzu şəkli feilin kökünə və ya başlanğıc formasına -a2 (-ya2) şəkilçisini artırmaqla düzəlir: gəl-ə, oxu-ya.
Bu zaman, adətən, feildən əvvəl kaş, gərək, təki, barı sözləri işlənir: kaş gəl-ə, gərək bax-asan, təki gör-əm.