Çalış, məclisdə elə yerdə otur ki, səni oradan qaldırmasınlar. Danışanların sözünü kəsmə, yanında oturanlarla nəzakətli rəftar et. Yaxında duranları süfrəyə dəvət et, lazım gəlsə, onlara qulluq et.
Oturuşuna, danışığına, rəftarına fikir ver. Yeyəndə tələsmə, gözlərini zilləyərək adamlara baxma.
Məclisdən tez getmə. Çox axıra qalmağa meyil göstərmə.