İndiki və gələcək zaman şəkilçiləri qəbul etmiş feillərin sonundakı a, ə saitləri ı, i, u, ü kimi tələffüz olunur: yaşayır [yaşıyır], yoxlayacaq [yoxluyacax], anlayar [annıyar].
III şəxsin cəmində işləndikdə -ır4 indiki zaman şəkilçisinin və -ar2 gələcək zaman şəkilçisinin samiti [l] kimi tələffüz olunur: qaçırlar [qaçıllar], baxarlar [baxallar].
II şəxsin cəmində feillərin yazılışı ilə tələffüzü fərqlənir: görürsünüz [görürsüz], qayıtdınız [qayıtdız], oxuyacaqsınız [oxuyacaxsız], gəlməzsiniz [gəlməzsiz].