XƏBƏR ŞƏKLİNDƏ OLAN FEİLLƏRİN
YAZILIŞI VƏ TƏLƏFFÜZÜ
II şəxsdə olan feillərə keçmiş zaman şəkilçisi -mış4 artırıldıqda
şəkilçinin son samiti (ş) düşə bilər: qaç-mı(ş)-san, gəl-mi(ş)-siniz.
Keçmiş zaman (-ıb4), gələcək zaman (-acaq2) şəkilçisi qəbul etmiş
feillər III şəxsin təkinə aid olanda çox zaman -dır4 şəkilçisiz işlənir:
qaçıb(dır), gələcək(dir).
1
“Oxumaq” feilini -mış4 şəkilçisi
artırmaqla
şəxsə və kəmiyyətə görə
dəyişin.
2
Nöqtələrin yerinə uyğun şəkilçiləri işlədərək oxuyun.
Siz bizə xoş gəl..., səfa gətir... .
Müzakirə sabah davam etdiril....
3
“Getmək” feilini -ıb4, -acaq2 şəkilçilərini artırmaqla şəxsə və kəmiyyətə
görə dəyişin.
*
4
Sxemlərə əsasən indiki və gələcək zaman feillərinin inkar formasının
yaranma qaydasını izah edin.
İndiki zaman |
təsdiq |
inkar |
yanlış |
doğru |
gedir |
getməyir |
getmir |
Gələcək zaman |
təsdiq |
inkar |
yanlış |
doğru |
gedərəm |
getməyərəm |
getmərəm |
gedərik |
getməyərik |
getmərik |
gedərsən |
getməyərsən |
getməzsən |
gedərsiniz |
getməyərsiniz |
getməzsiniz |
gedər |
getməyər |
getməz |
gedərlər |
getməyərlər |
getməzlər |
5
Altından xətt çəkilmiş feili qrammatik qaydaya uyğun işlədin.
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin. (Səməd Vurğun)
6
“Apar(maq)” feilinə -ar2 gələcək
zaman şəkilçisi artırmaqla təsdiqdə və
inkarda şəxsə və kəmiyyətə görə dəyişin.