ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1
Aşağıdakı dəyərlərdən hansı mətnlərdə bəhs olunduğunu müəyyənləşdirin. Fikrinizi əsaslandırın.
vətənpərvərlik, çörəyə münasibət, ana dili, şəhidlik, dövlət rəmzləri
2
Mətnlərdə əksini tapmış dəyərlər haqqında atalar sözləri, aforizmlər və şeir parçaları söyləyin.
3
Nöqtələrin yerinə uyğun gələn əvəzlikləri söyləməklə mətni oxuyun.
elə, hər bir, heç bir, siz, bu, həmin, heç kim, hamı, öz
ETİKA
... insan ictimai yerlərdə olarkən müxtəlif davranış qaydalarına riayət etməlidir. ... qaydalardan bəziləri dövlətin qanunlarında ... əksini tapır. ... qaydaları pozanlar qanuna görə cəza alırlar.
Lakin ... davranış qaydaları da var ki, onlar cəmiyyət tərəfindən qəbul olunub, amma ... dövlət qanunu ilə təsbit olunmayıb. ..., etika qaydalarıdır.
Təsəvvür edin ki, avtobusda oturmusunuz. Yaşlı bir qadın avtobusa daxil olur. Əlbəttə, ... qalxıb qadına yer verməyə bilərsiniz. ... buna görə sizi cəzalandırmayacaq. Lakin ... sizə məzəmmətlə baxacaq. Çünki etika qaydasını pozmusunuz.
4
Bayatların hansı misralarında o, bu əvəzliklərindən sonra vergül qoyulmalıdır?
Dərd yağır Qarabağa,
O çəmənə, o dağa.
O Vətəndir, çağırır,
Gəl gedək Qarabağa.
Bu
Vətən torpağıdır,
Qoynu cənnət bağıdır.
Bu torpaqdan pay olmaz,
Qalxın, qeyrət çağıdır.
5
“Bizlərin bir adəti var, basılanı kəsmərik” cümləsində şəxs əvəzliyinə aid olmayan məqamı qeyd edin.
6
Cümlələrdəki əvəzlikləri ismin halları üzrə qruplaşdırın.
- Heç kəsin əməyini itirmək olmaz.
- Müharibədən sonra Qumrunun heç kəsi qalmamışdı.
- Qaranlıqda heç nə görmək olmurdu.
- Heç nədən mübahisə qızışdı.
- Məlum oldu ki, heç kimdə açar yoxdur.
- Çox axtardı, heç kimi tapa bilmədi.
- Sizə nə olub, heç kimə bir söz demək olmur?!