Əvəzliyin quruluşca 3 növü var: sadə, düzəltmə və mürəkkəb.
Sadə əvəzliklər yalnız kökdən ibarət olur: o, bu, sən, mən, onlar, həmin və s.
Düzəltmə əvəzliklərə bunları aid etmək olar: biri, kimsə, neçənci və s.
Mürəkkəb əvəzliklər, əsasən, ayrı yazılır: kim isə, hər kəs, heç kim, heç nə və s.