Mozaika – bir və ya bir neçə material hissələrindən (daş, şüşə, taxta) hazırlanmış təsvirdir. Qədim Romada insanlar öz evlərinin döşəmələrini və divarlarını rəngli daş lövhələrlə bəzəyirdilər. Lövhələr müxtəlif rəngli şüşə və daş hissələrindən ibarət ola bilərdi. Qırıntılar hamar olmayan səthlər yaradırdı. Bu səthə işıq şüaları düşəndə qırıntılar parıldayırdı.