Qədim zamanlarda insanlar ev əşyalarını, geyimlərini və yaşayış yerlərini bəzək elementləri ilə bəzəyirdilər. Bu bəzəmə üsulu aplikasiya adlanır. Aplikasiya üçün əsas material heyvan dərisi və yun idi.
Aplikasiya (latın dilindən “applicatio” – yapışdırma) bəzəyin təmələ yapışdırılması və ya tikilməsidir. Aplikasiyada dəri, keçə, xəz, parça, təbiət materialları və kağızdan istifadə olunur.