Gil – təbii yapma materialıdır.
Çox qədim zamanlarda insan gildən yapma materialı kimi istifadə edib. Gili yoğurub, yayıb, formalaşdırıb, qurudub. İlk mətbəx əşyasını hazırlayıb.
Sonralar dulusçu dəzgahı və gili bişirmək üçün soba kəşf edilib. Qablar sobada bişirilir və üzəri müxtəlif boyalarla bəzədilirdi.
Gildən hazırlanan qablar saxsı qablar adlanır.