|
Yemək masası arxasında davranış qaydaları necə olmalıdır?
Yemək ləvazimatları hansılardır? Yemək ləvazimatlarından necə istifadə etmək lazımdır? |
Masa arxasında düz oturmaq, dirsəkləri bədənə sıxaraq bükmək, əlləri masanın üzərinə qoymaq lazımdır. Masa arxasında çəngəl, bıçaq və qaşıqdan lazımi qaydada istifadə etmək yemək bacarığı və mədəni davranışın əsasıdır.
Yemək zamanı qaşıq sağ əldə tutulur. Çəngəllə yeyilən yeməklərdə çəngəl sol əldə, bıçaq isə sağ əldə tutulur. Ağız və əllər salfetlə silinir. Kağız salfet istifadə edildikdən sonra nimçəyə və ya digər qaba, parça salfet isə masanın üstünə – nimçənin sağ tərəfinə qoyulur. Bütün quru ərzaqlar (çörək, peçenye, suxarı və s.) süfrədən əllə götürülür. Masa arxasından hamı eyni zamanda qalxır. Əgər hamıdan əvvəl qalxmaq vacibdirsə, böyüklərdən icazə almaq yaxşı olar. Masa arxasından qalxarkən yeməyə görə təşəkkür etmək lazımdır.