3 | İsti və soyuq rənglər |
Rənglər isti və soyuq olur.
İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onlardan alınan rəng çalarlarıdır. Çalar - bir rəngin müxtəlifliyidir. Bu rənglər bizə Günəşi, istini, odu-alovu, səhranı xatırladır.
Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək olar.
Təbiətdə isti və soyuq rənglərdə olan hansı varlıqlar var?
Rəsm əsərlərinin hansında isti, hansında soyuq rənglər üstünlük təşkil edir?