Hər bir əşyanın forması olduğu kimi, rəngi də var. Ətraf mühit rəngsiz çox darıxdırıcı olar.

Rəngarəng göy qurşağı körpünü xatırladır. Burada rənglər ardıcıl qaydada olur: qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi.

Təbiətdə göy qurşağının rənglərində olanları sadalayın. Gördükləriniz başqa rəngdə ola bilərmi? Niyə?

Yaradıcı tapşırıq

Quaş və ya akvarel

Əsas rəngləri bir-biri ilə qarışdıraraq göy qurşağı çəkin. Onun harada yerləşdiyini, ətrafını təsvir edin.

Müşahidələriniz əsasında nümunələr göstərin:
• Təbiətdə daha çox hansı rənglər var-əsas və ya qarışıq?
• Rənglərin insana təsiri varmı?

Yeni sözlər

• Qarışıq rənglər