2 | Rənglərin müxtəlifliyi |
Dünyanı rəngsiz təsəvvür etmək mümkün deyildir. Ətraf aləmdə o qədər müxtəlif rənglər var ki!
Əsas rəngləri bir-birilə qarışdırarkən müxtəlif rənglər almaq mümkündür. Alınan rənglər qarışıq rənglər adlanır.
Qırmızı və sarı rəngin qarışığından narıncı rəng alınır.
Sarı və göy rəngin qarışığından yaşıl rəng alınır.
Bir neçə rəngi qarışdıraraq müxtəlif qarışıq rənglər almaq olar.
Onların alınmasını izah et.