Pastel təbaşirlər, rəngli karandaş və flomasterlərlə çəkilmiş
təsvirlər necə adlanır?
Rəngli kağızlarla hazırlanan təsvirlər necə adlanır?
Daş və ağacdan yaradılan əsərlər necə adlanır?
A3 format rəsm vərəqi, rəngli karandaşlar, flomasterlər,
pastel təbaşirlər, quaş və ya akvarel, rəngli kağızlar, plastilin
Yay fəslinə aid rəsm çəkin. Harada olduğunuzu və nə etdiyinizi təsvir edin.
Təbiəti müşahidə etmisinizmi? Yayda ən yadda qalan nələr oldu?
• Rəssamlar öz əsərlərini hansı materiallardan istifadə edərək
yaradırlar?
• Verilmiş rəssam əsərlərində təsvir olunan hansı hadisələri həyatda
müşahidə etmisiniz?
Yeni sözlər
• Müşahidə etmək • Müşahidəçi