Ermitaj. Ermitaj muzeyi Rusiyanın Sankt- Peterburq şəhərinin mərkəzində, Neva çayının sahilində yerləşir.
Ermitajın zəngin və təmtəraqlı salonlarında keçmişdə müxtəlif yığıncaqlar, bal gecələri keçirilərdi. Sonralar Ermitaj muzey kimi məşhurlaşdı.
Ermitajın Şərq mədəniyyəti və incəsənəti şöbəsində Azərbaycan ustalarının yaratdıqları qədim sənət nümunələri də var.
Burada ən qədim dövrlərdən Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlifnövlü toxuculuq nümunələri vardır.
Sankt-Peterburq Dövlət Ermitajında metaldan hazırlanmış sənət nümunələri ilə yanaşı, bir çox orijinal formalı, bəzəkli məişət əşyalarımız da nümayiş etdirilir.
Tanış olduğunuz muzeylər haqqında əlavə məlumat toplayın və təqdim edin.
• Muzeylər nə üçün yaradılır?
• Dünyanın hansı məşhur muzeylərinin adını sadalaya bilərsiniz?
• Muzeylərdə nələr nümayiş etdirilir?