27 | Dünyanın məşhur muzeyləri |
Luvr, Topqapı, Ermitaj — dünyanın məşhur muzeylərindəndir. Həmin muzeylərdə Azərbaycan sənətkarlığının qədim və gözəl nümunələri saxlanılır.
Luvr muzeyi. Luvr Fransada, Parisin mərkəzində yerləşir. Bu muzey əvvəl qala, sonra kral sarayı olub. Orada dünyanın məşhur təsviri sənət əsərləri saxlanılır. Muzeydə Azərbaycan sənətkarlarının yaratdığı nadir dekorativ-tətbiqi sənət nümunələri də nümayiş etdirilir. Bunlar xalçalar, gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimizdir.
Topqapı sarayı muzeyi. Bu muzey ən qədim saraylardan biridir. O, Türkiyənin İstanbul şəhərində yerləşir.
Burada nümayiş etdirilən əşyaların bir çoxu dünyada bənzəri olmayan əsərlərdir. Azərbaycanın dekorativ-tətbiqi və təsviri sənət nümunələri bu muzeydə saxlanılır. Sənətkarlıq nümunələrimiz arasında say etibarilə ən görkəmli yeri müxtəlif metaldan Topqapı sarayı muzeyi. İstanbul düzəldilmiş ev əşyaları, zərgərlik nümunələri və silahlar tutur. Burada Azərbaycan toxuculuq sənətinin bir çox nadir nümunələri də saxlanmaqdadır. Bunlardan parçaları, bədii tikmələri və xalçaları xüsusi qeyd etmək lazımdır.