22 | Təbiətin gözəlliyi tikmələrdə |
İnsanlar qədimdən geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi əşyalara gözəllik verməyə çalışmışlar. Geyim, pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində rəngli saplarla işlənilmiş bəzəklər görmək olar.
Bu bəzəklər xalq sənətinin növü olan tikmə üsulu ilə verilmişdir. Tikmə - müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsuludur.
Tikmələrdə hansı forma, rəng və naxışlar var?
Rəssam Mirzə Qədim İrəvani tikmələr üçün çoxlu naxış-rəsmlər çəkmişdir. O, qızılgül, zanbaq və digər çiçəklərdən mürəkkəb kompozisiyalar tərtib etmişdir. Belə milli naxışları nəbati və heyvanat aləmindən götürülmüş rəsmlər - bülbül, qaranquş, tovuz quşu, qızılgül və nar gülü təşkil edir.