Gördüyünüz qablardan necə istifadə edirlər?
Qablar uzun və qısa, enli və ensizdir, müxtəlif dərinlik və formaya malikdir. Onların qapaq, qulp, oturacaq hissələri də olur.
Plastilin və ya gil
Məişətdə istifadə edilən saxsı qab-qacaq düzəldin. Onların üzərinə naxışlar əlavə edin. Aşağıdakı ardıcıllığa əməl etməklə qabları hazırlaya bilərsiniz.
• Evinizdə hansı gilqablar var? Onlardan necə istifadə edirsiniz?
• Qab-qacaqdan başqa gildən daha nələr hazırlamaq olar?
Yeni sözlər
• Gil • Saxsı • Dulusçuluq • Küp