18 | Yurdumuza Bahar gəlir |
Bahar gələndə təbiət oyanır. Bu fəslin təsvirinə rəssamların əsərlərində tez-tez rast gəlmək olur. Hər fəslin öz gözəlliyi var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən payızın da, al-əlvan çiçəkli yayın da. Ağacların tumurcuqlaması, quşların səsi baharın gəlişindən xəbər verir.
Verilmiş əsərlərə baxın və nələrin təsvir olunduğunu müəyyən edin.
Quaş, flomasterlər, pastel təbaşirlər
Yaz mənzərəsi təsvir edin. Yazı kənddə, öz küçənizdə, parkda, meşədə, yaxud dağlarda göstərə bilərsiniz. Çiçəklənən ağacı nümunəyə əsasən çəkin.
• Yaz fəslinin daha hansı xüsusiyyətlərini tanıyırsınız?
• Bahara, yaza aid hansı atalar sözü və tapmacaları xatırlayırsınız?